Qadin.NET / Qış gəldi - harada dincələk?

Qış gəldi - harada dincələk?

 

 

Yeni Musavat yazır ki, qarşıdan uzun qış tətili gəlir. İmkanı olan azərbaycanlılar indidən bayram tətili planlarını qurublar. Kasıb təbəqə üçün bu məsələ toyuğun yuxuda darı görməsinə bənzəsə də, imkanlılar üçün seçim imkanları var. Orta imkanlı vətəndaşlar üçünsə Azərbaycan o qədər də fürsətlər ölkəsi sayıla bilməz. Niyəsi barədə rəqəmlər və detallarda... Amma qış turizmi barədə danışıb, dünyanı unutmaq olmaz. Dünya üzrə çox məşhur olan qış turizm obyektlərinin ilk

onluğu siyahısına diqqət  edək:
1. Vistler Bləkkomp (Kanada) - Burada dünyada ən dik xizəksürmə yolları yerləşir. Mərkəzdə cürbəcür kafelər, buz içində restoran var. Burada Çin, Fransa, Yunanıstan, İtaliya, Meksika, Tailand və Aralıq dənizi mətbəxləri təklif olunur.
2. Kitzbuhel (Avstriya) - Həm də Alp incisi adlanan bu düşərgənin 700 illik tarixi var. Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir.
3. Zermatt (İsveçrə) - burada dünyanın ən böyük dağ liftləri yerləşir.
4. Vail (ABŞ-Kolorado) - burada dünyanın ən böyük xizəksürmə meydançası yerləşir. Turizm mərkəzində həmçinin çoxlu sənət qalereyaları, hokkey meydançaları, muzeylər var.
5. Banff Alberta (Kanada) - bu turizm mərkəzinin əsas özəlliyi Luis gölü ətrafında dağlıq ərazidə yerləşməsidir.
6. Şamonix Monblan (Fransa) - 1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.
7. Styuve (ABŞ-Yeni İngiltərə ştatı) - burada 90 fərqli mağaza və 60 restoran fəaliyyət göstərir.
8. Tremblant (Kanada) - Bu düşərgəni Kanadanın ən böyük şəhəri olan Monrealdan 1 saatlıq yol ayırır.
9. Kortina (İtaliya) - 1956-cı ildə Qış Olimpiya oyunlarına səhnə olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.
10. Apsen (ABŞ-Kolorado) - Burada uca dağlarla dərin kanyonlar vəhdət təşkil edir.
Mənbə: Milli.Az

22 dekabr 2014
GO BACK