Qadin.NET / Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada

Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada

 

Əməkdar artist, tanınmış aktrisa Kübra Əliyeva Türkiyəyə yollanıb. O, qızının yanında istirahət edir. Aktrisa həmçinin məşhur türk serialı ”Gözəl köylü” kollektivi ilə də görüşüb:“Artıq 1 aydan çoxdur ki, Türkiyədə, qızımın yanında qalıram. Qızımın qaldığı kəndə yaxın bir yerdə onlar “Gözəl köylü” serialını çəkirlər. Bu serialı mən həqiqətən də çox izləyirəm. Buna görə də o kollektiv ilə görüşə getmişdim. Serialda tanınmış türk aktrisa Zerrin Sümer baş rolda çəkilir. Onu bir aktrisa kimi çox bəyənirəm. Buranın havası çox təmizdir. Arada həkimə gedib müayinə də olunuram. Hər gün gəzintiyə çıxıram. Bir sözlə, əsl istirahət edirəm”, - deyə aktrisa Milli.Az-a bildirib.
Mənbə: Milli.Az

 

22 dekabr 2014
GO BACK