Almaniyanın məşhur "Bild" qəzeti Türkiyəni İŞİD terror qruplaşmasına yardım etməkdə ittiham edib.ANS PRESS-in məlumatına görə, qəzetdə dərc olunan "İŞİD gənc qızları belə aldadır" başlığı altında verilən məqalədə bildirilir ki, başda İngiltərə olmaq üzrə aldadılan gənc qızlar Almaniya və Türkiyə üzərindən Suriya və İraqa çatdırılır: "Türk sərhədləri nisbətən asan keçilən sərhəd kimi qəbul edilir. Sərhədi qoruyanlar rüşvətə meyllidir, hətta bəziləri də terror təşkilatı üzvlərinə simpatiya ilə yanaşır"
"Bild" İŞİD-in Türkiyəyə neft satdığı barədə deyilənləri təkrar gündəmə gətirib. Alman qəzeti hesab edir ki, İŞİD neft satışından və "fidyə" pullari ilə gənc qızların aldadılması üçün sosial şəbəkələrdə geniş təbliğat apara bilir.
Məqalədə deyilir ki, dünyanın müxtəlif ölkələrində aldadılaraq Suriya və İraqa aparılan gənc qızlar İŞİD yaraqlıları ilə evləndirilir....
Qəzet İŞİD-ə bu yolla aldadılaraq qoşulan qızlara nümunə olaraq Vyanadan 16 yaşlı Sabina Selimoviçi, 17 yaşlı Samra Kesinoviçi, Bristoldan 15 yaşlı Jusra Husseini və Stockvelldən gedən 17 yaşlı Samia Dirieyi nümünə kimi göstərib.
Mənbə: ANS PRESS