Qadin.NET / Macarıstanda ali təhsil imkanı

Macarıstanda ali təhsil imkanı

Macarıstanda ali təhsil imkanı
Azərbaycan Tələbə Gəncləri Təşkilatları İttifaqının və Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Study in Hungary”nin birgə təşkilatçılığı ilə “Macarıstanda təhsil” mövzusunda təqdimat keçiriləcək.Dekabrın 27-si saat 14:30-da ATGTİ-nin ofisində baş tutacaq təqdimatda iştirakçılara Macarıstanın qədim və nüfuzlu ali təhsil ocaqlarına, o cümlədən İnternational Business School, Corvinus, Debrecen və BKF (University of Applied Science of Budapest) universitetlərinə qəbul qaydaları barədə ətraflı məlumat veriləcək.Təqdimatda adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompyuter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti, tibb, müalicə işi və intensiv ingilis dili kurslarına qəbul olma şərtləri barədə məlumatlar dinləyicilərin nəzərinə çatdırılacaq.Macarıstan universitetləri Azərbaycan dövlətinin “2007-2015-ci illər Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqram”ına daxildir və bu universitetlərinin diplomları ölkəmizdə rəsmi surətdə tanınır.Xatırladaq ki, artıq 40-dan çox azərbaycanlı tələbə Macarıstanda təhsil alır və bu ölkə digərləri ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.Məlumat üçün deyək ki, təqdimata giriş sərbəstdir və arzu edən hər kəs bu təqdimatda iştirak edə bilər.Təqdimatda iştirak etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür: http://atgti.az/index.php?aze/news/337

Mənbə: ANS PRESS

22 dekabr 2014
GO BACK