Qadin.NET / İnsanlar ölüm ayağında nədən kədərlənirlər?

İnsanlar ölüm ayağında nədən kədərlənirlər?

 

Həyatda hər şeyi vaxtında etmək və ömrü ləyaqətlə başa vurmaq lazımdır. Ölümə yaxınlaşan insanlar tez-tez həyatda etdikləri barədə düşünürlər. Onları isə ən çox həkimlər və tibb bacıları görürlər.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər və tibb bacıları bu barədə danışıblar: 
1. Həyatı öz istədiyim kimi deyil, başqalarının istədiyi kimi yaşadığıma görə peşmanam: 
Demək olar ki, bütün xəstəxanaların ölüm ayağında olan pasiyentləri belə peşmanlıqlarını dilə gətiriblər. Anlayanda ki, həyatları sona çatır, ətrafa baxırlar və kədərlənirlər. Həyata keçməyən arzularına, istədikləri kimi yaşamadıqlarına görə üzülürlər. 
2. Çox işlədiyimə görə peşmanam
Adətən ölüm ayağında olan kişilər belə hisslər keçirirlər. Çox işlədikləri, sevdiklərinə az zaman ayırdıqları üçün kədərlənirlər. Geriyə baxanda anlaya bilmirlər ki, nəyə görə bu qədər işləyirdilər, özlərini kimə göstərməyə çalışırdılar? 
3. Cəsarətsiz olduğuma və hisslərimi gizlətdiyimə görə peşmanam
Bir çox insanlar öz hisslərini gizlədirlər. Bu səbəbdən də hissiyyatsız, emosiyasız insan təsəvvürü yaradırlar. Ölüm ayağında buna görə peşman olurlar. 
4. Dostlarımla az görüşdüyüm üçün peşmanam
Xəstəxanada ölən hər kəs öz dostları üçün darıxır. Onları görmək hissi o qədər güclü olur ki, bu barədə söhbətləri səngitmək istəmirlər.
5. Xoşbəxt olmadığım üçün peşmanam
Həyatda hər zaman xoşbəxtliyi seçmək lazımdır. Xoşbəxtliyi itirən adam hər şeyini itirir. Bir çox insanlar dəyişiklikdən qorxduqları üçün xoşbəxtlikdən qaçırlar. Özlərini və ətrafdakıları aldatmağa çalışırlar ki, guya hər şey yaxşıdır.

Mənbə: Milli.Az
22 dekabr 2014
GO BACK