Qadin.NET / Dilqəm və Şahbaz yolunda yeni dava

Dilqəm və Şahbaz yolunda yeni dava

 

Dilqəm və Şahbaz yolunda yeni dava

İki azərbaycanlını Qarabağın qiyamçı rejiminin qeyri-qanuni məhkəməsində ömürlük və 22 il olmaqla azadlıqdan məhrum edilmə cəzası gözləyir. Dünyanın gücü dılğır bir quruma çatmır. Danışıqlar dolu, boş çənə gimnastikaları.... Beynəlxalq Qırmızı Xaç isə artıq məndə bu iki nəfərin azad ediləcəyinə olan ümidlərin üzərindən çəkilən beynəlxalq xəttdən başqa bir şey deyil. Guya Dağlıq Qarabağın dövlətliyini heç kim tanımır, bura keçirilən seçkilərin nəticələrini guya heç kim rəsmən qəbul etmir. Əslində isə bu qiyamçı torpaq parası onu oyuncaq rejim sayanları oyuncaq yerinə qoyub. Gerçək olan Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Bu iki nəfəri azad etmək qeyri-mümkündür. Ya Azərbaycan bu iki nəfəri diriykən ölmüş bilib onlar uğrunda mübarizəni gələcək nəsillərə saxlamalı, ya da bizə məlum olmayan hansısa yollarla iki adamımızı sağ-salamat geri qaytarmalıdır. Əks halda bir məhbusun fikirləri ilə desək “Azərbaycan-Ermənistan müharibəsi azərbaycanlı erməni müharibəsinə keçə bilər”
Dünyanın istənilən ölkəsində istənilən azərbaycanlı iki erməni tutub girov müqabilində Dilqəm və Şahbazın azad olunması tələb edə bilər. Tarixdə belə təcrübələr var. Təsəvür edirsiniz indi. Moskvda, Tehranda, İstanulda, Londonda, Parisdə dünyanın hər yerində azərbaycanlılar əllərinə keçən erməniləri girov götürür və əvəzində Dilqəmə və Şahbaza azadlıq tələb edir...
Əlbəttə bu arzuolunan deyil. Amma hər şey təxminən buna doğru gedir. Qanun işləməyəndə onun yerinə adamlar özləri işləməyə, onu əvəz etməyə çalışırlar. Yeri gəlmişkən həbs edilənlərdən biri Dilqəm Rusiya vətəndaşıdır. Görünür ermənilər Rusiyanın zəif düşdüyünə 100% əmin olduqlarından Rusiya vətəndaşını həbs etməyə, cəzalandırmağa özlərində cəsarət tapıblar.

Mənbə: ANS PRESS

 

22 dekabr 2014
GO BACK