Qadin.NET / "Sədərək" bağlandı

"Sədərək" bağlandı

 

Dünən “Sədərək” ticarət mərkəzində fövqəladə vəziyyət yaranıb. 
Milli.Az axar.az-a istinadən xəbər verir ki, yarmarkanın girişində olan şlaqbaumlar işləməyib və əraziyə giriş saatlarla məhdudlaşıb. Məlumatda bildirilir ki, şlaqbaumların işləməməsi həm də tıxaca səbəb olub. Nəticədə alış-verişə avtomobili ilə gələn vətəndaşlar geri qayıtmalı olublar. 
Sürücülərin sözlərinə görə, şlaqbaumlarda nasazlıq yarandığı üçün giriş haqqı ödənilən qurğular da fəaliyyətini dayandırıb. Mühafizəçilər sürücülərdən pul almaq mümkün olmayacağını bildiyinə görə giriş qapılarını bağlayıblar.

Mənbə: Milli.Az

 

22 dekabr 2014
GO BACK