Qadin.NET / II Qarabağ savaşı qorxusu

II Qarabağ savaşı qorxusu

II Qarabağ savaşı qorxusu
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik ilbəil artır.ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə naziri" Movses Akopyan bildirib."İyul-avqust aylarında təmas xəttindəki şiddətli döyüşlərlə müqayisədə indi sakitçilikdir. Lakin ötən illərlə müqayisə edəndə görürük ki, təmas xəttində gərginlik ilbəil artır. Buna baxmayaraq ümid edirik ki, müharibə olmayacaq", deyə Movses Akopyan bildirib.
Qeyd edək ki, bu gün Ermənistan müdafiə naziri Seyran Ohanyan cəbhədəki hadisələrlə bağlı açıqlama verib. O, bildirib ki, 2014-cü ilin Ermənistan ordusu üçün ağır olub.
"Ordumuz üçün ən gərgin vaxt iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.
Qeyd edək ki, bu ilin iyul-avqust aylarında cəbhədə şiddətli döyüşlər getmişdi. Həmin döyüşlərdə Ermənistan silahlı qüvvələri xeyli itki verərək geri çəkilmişdi. Və nəhayət noyabr ayında cəbhənin Ağdam istiqamətində Ermənistan ordusuna məxsus Mi 24 hərbi helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vuruldu, 3 pilot öldü. Helikopterin vurulması dünya mətbuatının gündəmini zəbt etmişdi.

Mənbə: ANS PRESS

21 dekabr 2014
GO BACK