Qadin.NET / Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
“Yaxşı oyun alındı. Futbolçular çox yorulub. Buna baxmayaraq, oyunu düzgün qurmağa çalışdıq. “Sumqayıt” elə bir komandadır ki, qol vurmadan meydançadan çıxmır. “Sumqayıt” liderlərə qarşı yaxşı çıxış edir. Bizə qarşı matçda da belə oldu. Düşünürəm ki, oyunçularım istirahəti gözləyirdilər". ANS PRESS-in PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib."Qış fasiləsinə gedərkən deməliyəm ki, yaxşı nəticələrimiz oldu. Futbolçularıma, azarkeşlərə, jurnalistlərə təşəkkür edirəm" - deyə o bildirib.

Mənbə: ANS PRESS

21 dekabr 2014
GO BACK