Qadin.NET / İnsanların ömür müddəti altı il uzanıb

İnsanların ömür müddəti altı il uzanıb

İnsanların ömür müddəti altı il uzanıb
Yeni tədqiqatlar göstərib ki, dünyanın, demək olar, hər yerində ömür müddəti uzanıb. Zəngin ölkələrdə xərçəngdən və ürək-damar xəstəliklərindən, yoxsul ölkələrdə isə vərəmdən və malyariyadan ölüm halları 25 il qabaqkı göstəricilər ilə müqayisədə xeyli azalıb. Orta ömür müddəti 1990-2013-ci illər dövründə kişilər üçün 5,8 il, qadınlar üçün isə 6,6 il artıb. əldə edilmiş nəticələr “The Lancet Medical Journal” nəşrində dərc olunub.
Alimlər ölüm hallarının azalması, ömür müddətinin artması uğrunda mübarizədə birgə səylərin rolunu, habelə potensial öldürücü infeksiyalardan vaksinlərin axtarışının və işlənib hazırlanmasının maliyyələşdirilməsinin əhəmiyyətini vurğulayırlar. Diabet, böyrək xəstəliyi və qara ciyər sirrozu kimi xroniki xəstəliklərin daha ətraflı öyrənilməsi sonrakı mərhələ olacaq.
Tədqiqat göstərib ki, 1990-ci ildən sonrakı dövr ərzində dünya üzrə vaxtsız ölümlərin əsas səbəblərindən biri qara ciyər xərcəngi, ürək ritminin pozulması, narkotiklərdən istifadə, xroniki böyrək xəstəlikləri, qanazlığı, diabet və mədəaltı vəzi xərcəngi olub. Qlobal səhiyyə sahəsində professor Kristofer Mürrey Vaşınqton Universiteti (ABŞ) nəzdində apardığı tədqiqatını belə şərh edib: “Biz müxtəlif xəstəliklərə qarşı mübarizədə böyük irəliləyişlər görsək də, daha yaxşı nəticələrə nail olmalıyıq”.

Mənbə: ANS PRESS

20 dekabr 2014
GO BACK