Qadin.NET / Ölü qadının uşağı oldu

Ölü qadının uşağı oldu

 

İtaliyada əsl möcüzə yaşanıb. Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ölən qadının körpəsi doğulub. 36 yaşlı italiyalı qadın oktyabr ayında qan dövranındakı problemlərlə əlaqədar xəstəxanaya düşüb. Bu zaman o hamiləliyin 23-cü həftəsində olub. 
Həkimlər ananın həyatını xilas edə bilməyiblər. Ailəsi isə körpəni xilas etmək üçün onun 9 həftə süni tənəffüs aparatında qalmasına qərar verib. 
Hamiləliyin 32-ci həftəsində həkimlər qeysəriyyə əməliyyatı ediblər. Nəticədə 1,8 kq çəkisi olan sağlam oğlan doğulub. 
Qadının orqanları isə başqa xəstələrə transplantasiya edilib. 
Bənzər hadisə İrlandiyada da yaşanıb. Anası ölən körpə sağ qalıb. Məsələ ondadır ki, 20 yaşlı qadın kliniki ölüm keçirəndə hamilə olub. 
Qadın başından aldığı travma ilə xəstəxanaya çatdırılıb. Bu zaman o, 20 həftəlik hamilə imiş. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər onun beyin ölümünün reallaşdığını deyəndən sonra ailə dərin kədərə qərb olub. Lakin bundan sonra onların yeni mübarizəsi başlayıb. Hamilə qadın süni nəfəs apartına qoşulub.  
Bu barədə qanunlar olmadığı üçün hüquq müdafiəçiləri körpənin həyatı üçün məhkəməyə müraciət etməli olublar. Məhkəmənin gələn həftənin çərşənbə axşamı qərar verəcəyi gözlənilir. 
Əhalinin əksəriyyəti katolik olan İrlandiyada hər il 4 min qadın abort üçün İngiltərəyə gedir. Çünki ölkədə abort qadağandır. Bunun üçün də hamilə qadınların ölüm faktı halına tez-tez rast gəlinir. 
Mənbə: Milli.Az

 

20 dekabr 2014
GO BACK