Azərbaycanda stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatı təkmilləşdiriləcək.Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, gələn il yanvarın 1-dən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı" moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək. Bununla yanaşı, gün ərzində daxil məlumatın çap edilərək arxivləşdirilməsi də təmin ediləcək.
Bu məqsədlə artıq müvafiq tibbi heyətə təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər dekabrın 25-də yekunlaşacaq.
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən həyata keçiriləcək.
Mənbə: Milli.Az