Qadin.NET / Azərbaycanda idman gimnastikası dirçəlir

Azərbaycanda idman gimnastikası dirçəlir

 

 

Bakıda cümə günü kiçik yaşlı idmançılar arasında idman gimnastikası üzrə ilk turnir keçirilib.Trend Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbova istinadən xəbər verir ki, bu turnir Azərbaycanda müstəqillik əldə etdikdən bəri ilk dəfə keçirilir.
İlk təlimlərə 2013-cü ilin sonunda start verilib. Turnirdə 2006-2009-cu il təvəllüdlü uşaqlar iştirak ediblər, onlar arasında ilk üç yer oynanılıb. Yarışın nəticələrinə əsasən, qaliblərə mükafatlar və diplomlar təqdim olunub.
Qayıbovun sözlərinə görə, idman gimnastikası keçmiş Sovet İttifaqı dövründə geniş yayılmış, lakin ölkənin dağılması ilə əlaqədar bu idman növü faktiki olaraq tamamilə yaddan çıxıb. Əvvəllər idman gimnastikası ilə məşğul olan bir çox idmançılar başqa idman növünü dəyişmək məcburiyyətində qalıblar:
"Ona görə də məqsədimiz bu idman növünün dirçəldilməsindən ibarətdir, onun Azərbaycan idmançıları arasında populyar etməkdir. Bu gün keçən turnir gimnastlar üçün bir növ stimul olub. Onlar şübhəsiz həyəcan keçiriblər və turnirin keçirilməsində məqsədimiz ondan ibarətdir ki, yeniyetmə gimnastlar hiss etsinlər ki, yarış nə deməkdir və niyə məşq etmək lazımdır. Bu, yalnız ilk addımdır və istisna olunmur ki, gələcəkdə Azərbaycan birinciliyi və Bakı şəhərinin çempionatı keçiriləcək".
Qayıbov hesab edir ki, idman gimnastikası olimpiya idman növüdür və onu inkişaf etdirmək lazımdır. Onun sözlərinə görə, Azərbaycanda bu idman növünün tezliklə inkişafından danışmaq, mümkün deyil, bunun üçün illər tələb olunacaq:
"Biz bu idman növünün kütləviliyinə nail olmaq istəyirik, bu bizə ən yaxşı seçim və yaxşı komanda formalaşdırmaq imkanı yaradacaq. Bunun üçün klublar açmaq lazımdır. Bu gün seçim əsasən idman klublarında həyata keçirilir. Hələlik bu mərhələdə Bakı Gimnastika Məktəbi və "Ocaq İdman" klubudur. Bundan başqa Bakının Milli Gimnastika Arenasının bazasında da bir seksiya var, uşaqlar orada məşq edirlər. Seçimi keçən ən yaxşı gimnastlarla qadın idman gimnastikası üzrə yığma komandasının baş məşqçisi təlim keçirir".

Mənbə: Milli.Az

20 dekabr 2014
GO BACK