Qadin.NET / Boksçumuzdan nokaut

Boksçumuzdan nokaut

 

Boksçumuzdan nokaut

Ötən gün Bakıda boks üzrə AİBA Pro Boxing turniri çərçivəsində 91 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarış keçirilib.
ANS PRESS-in məlumatına görə, rinqə ilk olaraq ukraynalı Sergey Verveyko və rusiyalı Maqomed Omarov çıxıb. Gərgin mübarizənin qalibi rusiyalı idmançı olub.
İkinci görüş Mərakeş təmsilçisi Mohammed Arjaoui və fransalı Toni Viktor James Yoka arasında baş tutub. Bu görüşdə Mohammed Arjaoui APB turnirində qələbə qazanıb.
Bundan başqa, Rumıniya boksçusu Mihay Nistor və almaniyalı Erik Pfeifer ilə üz-üzə gəlib. Bu görüşdə isə üstünlük Erik Pfeiferdə olub.
Dünya çempionu Məhəmmədrəsul Məcidov Misir boksçusu Ahmed Samirə qarşı mübarizə aparıb. Görüş bir raund davam edib. Rəqibini nokautla məğlub edən Məcidov APB turnirində ikinci qələbəsini qazanıb.
Məhəmmədrəsul Məcidov ilk turda iştirak etməyib. İkinci turda isə Ukrayna boksçusu Sergey Verveykonu üstələyib.

Mənbə: ANS PRESS

 

20 dekabr 2014
GO BACK