Qadin.NET / Qadınlara da hərbi bilet veriləcək

Qadınlara da hərbi bilet veriləcək

 

 

Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.Milli.Az bildirir ki, Parlamentdən Trend-ə verilən məlumata görə, dekabrın 19-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb.Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.Sonra iclasda Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Sərdar Məmmədov müzakirəyə çıxarılmış qanun layihəsini ətraflı şərh edib. O bildiriib ki, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə görə, hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.Fikir mübadiləsində komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlarAdil ƏliyevAqil AbbasovHacı SalayevZahid OrucElman Məmmədovqanun layihəsi barədə rəy və təkliflərini bildiriblər. Deputatları maraqlandıran məsələlərə aydınlıq gətirilib.Müzakirələrin yekununda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mənbə: Milli.Az
19 dekabr 2014
GO BACK