Rusiyanın Ədliyyə Nazirliyi dekabrın 13-də Ukraynanın separatçı Krım bölgəsində regional milli erməni mədəni muxtariyyətinin yaradılmasını ratifikasiya edib.Milli.Az bildirir ki, Trend-in 1in.am-a istinadən verdiyi məlumata görə, bunu Krımın erməni icmasının sədri Vaqarşak Melkonyan deyib.Qeyd edək ki, Krımın erməni icması oktyabrda Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edərək separatçı Krım ərazisində konsulluq açmağı xahiş etmişdi.Krımda 15-20 min erməni yaşayır.
Mənbə: Milli.Az