Türkiyədə "Paralel hökumət" əməliyyatı çərçivəsində bu gün keçirilən məhkəmə prosesi zamanı Əkrəm Dumanlı sərbəst buraxılıb. Lakin terror təşkilatının lideri iddiası ilə suçlanan Fətullah Gülən haqqında həbs qərarı çıxarılıb.ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumatına görə, bundan başqa "14 dekabr" adlı əməliyyatı zamanı nəzarət altına alınan Hidayət Karaca və 3 polis də terror təşkilatına üzv olduğu üçün tutulub.Bundan bir neçə gün əvvəl baş nazir Əhməd Davudoğlu əməliyyat sonrasında haqqında axtarış qərarının çıxarılacağı müzakirə olunan Fətullah Gülən barədə "qırmızı bülleten" çıxarılmasına dair açıqlamalar vermişdi.O demişdi ki, Fətullah Gülən ilə bağlı istintaq orqanları tərəfindən nə lazımdırsa mütləq ediləcək. Bizim indidən bu və ya digər formada fikir söyləməyimiz doğru olmaz. Hər şey istintaq zamanı bəlli olacaq.