İyirminci əsrin ən məşhur öncəgörəni Vanqanın 2015-ci il üçün proqnozları dərc olunub. Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 1996-cı ildə dünyasını dəyişmiş bolqar qadın 2015-ci ildə dünyada qlobal iqtisadi böhranın baş verəcəyini deyib. Bu, ölkələr arasında qarşıdurmaya səbəb olacaq. Vanqanın öncəgörmələrini araşdıran şərhçilər bunu dünya səviyyəsində gedəcək texnogen müharibə ilə əlaqələndirirlər.
Bəzi şərhçilər bildirir ki, Vanqanın öncəgörmələrinə görə, 2010-cu ildə başlamış dünya müharibəsi 2015-ci ildə başa çatacaq. Həmçinin bəşəriyyət nüvə silahından və kimyəvi silahdan istifadə edəcək.
Bolqar falçı həm də iddia edib ki, vaxt gələcək və dünyada qlobal fəlakət baş verəcək. Okean suları Avropa ölkələrinin yarısını, Cənubi Amerikanı və Cənub-Şərqi Asiya ölkələrini basacaq. Əhali Şimali Amerikaya, Kanadaya və Rusiyaya köçəcək. Şərhçilər həmin proqnozu təhlil edərək, Vanqanın həmin öncəgörməsinin 2015-ci ildə baş verəcəyini düşünürlər.
Mənbə: Milli.Az