Qadin.NET / Azərbaycanın təhsil sistemində yenilik

Azərbaycanın təhsil sistemində yenilik

 

"Hazırda 2016-2020-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramının hazırlanması sahəsində işlər gedir".Trend xəbər verir ki, bunu təhsil naziriMikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, proqram layihəsində ali təhsil müəssisələri üçün elmi kadrların yetişdirilməsi, ali məktəb müəlimlərinin təcrübə keçmə və ixtisasartırmasına, professor-müəllim heyətinin mübadiləsinə mühüm yer verilib: "Eyni zamanda, əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali məkəblərində tədris prosesinə cəlb olunması təmin ediləcək. Bu layihənin icrası ilə ali təhsil müəssisələrində kreativ düşüncəli gənc alimləri yetişdirmək mümkün olacaq".
Onun sözlərinə görə, indiyə kimi Dövlət Proqramı çərçivəsində 3184 nəfər xaricdə təhsil alıb. Proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330-u magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura təhsili alıb.
M.Cabbarov bildirib ki, son dövrlərdə ali mətkəblərin fəaliyyət istiqamətlərinə aid fundamental və elmi araşdırmaların aparılması obyektiv və subyektiv səbəblər üzündən ikinci plana keçib: "Bir çox ali məktəblərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır, beynəlxalq reytinqli jurnallarda universitetlərin göstəriciləri arasında elmi nailiyyətlərə az rast gəlinir. Elm və tədrislə elm və istehsal arasında əlaqə mövcud deyil. Halbuki, elmi və texniki dəstək olmadan nəinki ali təhsildə, digər təhsil pillələrində də davamlı inkişafı təmin etmək mümkün deyil. Qısa zamanda elmin prioritet inkişaf istiqamətləri müəyyənləşdirilməlidir. Bu istiqamətdə işlər sürətləndiriləcək".
Təhsil naziri əlavə edib ki, dünya elminin tələblərinə uyğun elmi tədqiqatların aparılmasının vacib standartlarını işləyib hazırlamaq məqsədilə Universitetlərarası Şura yaradılmalıdır. Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, kurrikulumların təkmilləşməsinə, müasir dərslik və tədris resurslarının yaradılmasına öz töhfələrini verməlidirlər.
Onun sözlərinə görə, nazirlik AMEA-nın elmi institutları nəzdində ali təhsilin magistratura pilləsi üzrə təhsilin ali məktəblərdə olduğu kimi vahid dövlət təhsil proqramları səviyyəsində həyata keçirilməsinə dəstək verir.
Mənbə:Milli.Az

 

19 dekabr 2014
GO BACK