"Azərbaycan ABŞ üçün çox əhəmiyyətli tərəfdaşdır". ANS PRESS-in məlumatına görə, bunu keçirdiyi yekun mətbuat konfransında ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Xeffern bildirib. O, bu sözləri jurnalistlərdən birinin ünvanladığı "Azərbaycanda səfir kimi işləyərdinizmi?" sualına cavab olaraq deyib. "Biz Azərbaycanla bir sıra sahələr üzrə sıx əməkdaşlıq edirik. Bu ölkə energetika sektorunda əməkdaşlıq nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Azərbaycan, həmçinin İranla münasibətlər nöqteyi-nəzərindən də əhəmiyyətlidir".ABŞ-ın Ermənistandakı səfiri qeyd edib ki, biz Azərbaycanla birgə işləyirik və buna görə də mən Bakıda çalışmaqla bağlı bir problemlər görmürəm: "Bakıda səfir olmaq mənim üçün Azərbaycan tərəfinin Dağlıq Qarabağla bağlı mövqeyini başa düşmək üçün çağırış olardı", - deyə ABŞ-lı diplomat qeyd edib.
Mənbə: ANS PRESS