Qadin.NET / Dünya bu adamdan danışır

Dünya bu adamdan danışır

 

Dünya bu adamdan danışır

Amerikada bir şirkətin əməkdaşı hamını təccübləndirən addım atıb. O, 2 milyon dollar mükafatdan imtina edib. ABŞ-ın qabaqcıl taxta-şalban istehsalçılarından biri olan "Plum Creek Timber"in CEO-su Rik Holley ona verilən bu mükata layiq olmadığını düşündüyünü deyib. Şirkətdən verilən açıqlamada belə deyilir: "Hörmətli Holley ona verilən mükafata şirkətin hissədarları öz sərmayələrindən yetəri qədər qazanc əldə edənə qədər layiq olmadığını deyərək almayacağını deyib". Bəzən şirkət CEO-ları onlara verilən bayram mükafatlarını başqa işçilərə paylayırlar. Məsələn, texnologiya nəhəngi "Lenovo"nun CEO-su Yanq Yuagninq 2013-cü ildə 3,25 milyon dollar mükafatını işçilərə bərabər olaraq bölmüşdü. "Next"in CEO-su da işçilərinə təşəkkür etmək üçün 3,7 milyonu işçilərinə paylayıb.

 

Mənbə: Milli.Az

19 dekabr 2014
GO BACK