Qadin.NET / Zəif duman, mülayim külək - sabaha verilən vəd

Zəif duman, mülayim külək - sabaha verilən vəd

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında dekabrın 20-də əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.Mülayim hava şəraiti yaxın 2-3 gündə davam edəcək.

Mənbə: Milli.Az

19 dekabr 2014
GO BACK