Qadin.NET / Yeni sensasiya: elm bunu da bacardı

Yeni sensasiya: elm bunu da bacardı

Dünyada ilk dəfə olaraq şüurla, fikirlə idarə olunan protezlər sınanıb. Həkimlər və texnoloqlar əzələlərin hərəkətini idarə edən sinirləri təkrarlayan metod hazırlayaraq protezlər yaradıblar.İki qolu çiyindən kəsilmiş pasiyent bu protezlər vasitəsilə illər sonra ilk dəfə masanın üstündəki stəkanı götürə bilib.

Alimlərin dediklərinə görə, "sensasiya" kəlməsini sevməsələr də, nail olduqları çox önəmli və əhəmiyyətlidir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Kolorado ştatının sakini Les Bo 40 il əvvəl elektrik qəzasında qollarını itirmişdi.
Və 40 il sonra o, ilk dəfə masa üzərindəki su stəkanını götürməklə yanaşı, qollarını və əllərini istədiyi kimi hərəkət etdirib.
Onun üçün hazırlanmış protez fikirlə, emosiyalarla idarə olunur.Con Hopkins Universitetinin tətbiqi fizika laboratoriyasında (Johns Hopkins University Applied Physics Laboratory, APL) hazırlanmış yeni protez çiyin səviyyəsində kəsilmiş qolları əvəzləyən amputantlardır. Bu modul protezlərin ikisini də eyni vaxtda hərəkət etdirmək mümkündür.
Protez " theRevolutionizing Prosthetics Program" çərçivəsində hazırlanıb.
Universitetin əməkdaşı, cərrah-travmatoloq Albert Çinin dediyinə görə, yeni proses kəsilmiş qollardakı əzələləri idarə etmiş sinirlərin iş prinsipindən qaynaqlanır."Qolu çiyindən kəsilərək amputasiya olunmuş adama belə protez vasitəsilə yardım edə bilərik. Həmin adam, sadəcə, hansı hərəkəti etmək istədiyini düşünəndən sonra qollarını tərpədə bilər", - Çi söyləyib.
Mənbə: Milli.Az

 

19 dekabr 2014
GO BACK