Qadin.NET / İŞİDin sonu çatır?

İŞİDin sonu çatır?

 

 

İraqın Şənqal (Sincar) bölgəsində peşmərgə qüvvələri ilə İŞİD terror qruplaşmasının mübarizəsi davam edir.ANS PRESS-in məlumatına görə, ötən gün peşmərgə qüvvələri ilə yezidi döyüşçüləri “Şənqal əməliyyatı” adlı hücum həyata keçiriblər. Əməliyyat çərçivəsində Sinunə və Rabia bölgələrinə qədər irəliləyən peşmərgələr qarşısında İŞİD-çilər tab gətirməyib və onlardan bəziləri ağ bayraq çıxarmalı olublar. 40-dan çox İŞİD yaraqlısı girov götürülüb, digərləri isə qərargahlarını qoyub qaçıblar. Luvənat bölgəsində də qarşılıqlı atışmalar yaşanıb. Kəndlərdən biri terrorçulardan xilas edilib. 
Qeyd edək ki, “Şənqal əməliyyatı” srağagün səhər saatlarında başlamış və əməliyyatda Zumar bölgəsində İŞİD-in nəzarətində olan bütün kəndlər azad edilmiş, Mosula gedən yollar təmizlənmişdi.

Mənbə: Milli.Az

19 dekabr 2014
GO BACK