Qadin.NET / Obama son qərarını verdi

Obama son qərarını verdi

 

Obama son qərarını verdi

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyalar haqqında yeni qanunu imzalayıb.ANS PRESS-in məlumatına görə, bu barədə Obama özü açıqlama verib.Prezident bildirib ki, yeni qanun imzalansa da yaxın vaxtlarda sanksiyalardan geniş şəkildə istifadə etmək niyyətində deyil.Ağ Ev açıqlama verib ki, əgər Rusiya Donbasla bağlı siyasətini dəyişməsə yeni sanksiyalar tam gücü ilə işə düşəcək.Qeyd edək ki, Obamanın Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanunu imzalayıb-imzalamayacağı geniş müzakirə olunmuşdu. Hətta mətbuatda xəbərlər yayılmışdı ki, Obama yeni qanunu imzalamayacaq. ABŞ prezidentinin Putinin mətbuat konfransından sonra qanunu imzalaması da diqqət çəkir.

 

Mənbə: ANS PRESS

19 dekabr 2014
GO BACK