Yaponiyanın iki gündür şimalında və qərbində yağan şiddətli qar insan tələfatına yol açıb. ANS PRESS-in məlumatına görə, Yaponiyada yağan şiddətli qar 9 nəfərin dünyasını dəyişməsinə səbəb olub. Qar ən çox Hokkaydo adasının şimal hissəsi, eləcə də ölkənin Niiqata, Akita, Ayti və digər prefekturalarında daha çox təsirini göstərir. Bu “NHK” televiziyası xəbər yayıb.
Xəbərdə bildirilir ki, pis hava şəraiti ilə əlaqədar olaraq, ən az 9 nəfər ölüb.
Əhalinin təhlükəsizliyi üçün sakinlərdən evin damlarında yığılan qarları təmizləmək tövsiyyə olunur. Lakin təmizlik işlərində də ehtiyatlı olmaq məsləhət görülür. Belə ki, Niiqata prefekturasının Tokamati şəhərində evin damına çıxan bir kişi evin damından yıxılıb. Həmin vaxt şəhərdə qar örtüyünün hündürlüyü 1,61 metrdən 2,41 metrə qədər olub.
Qeyd edək ki, ötən gün də Hokkaydo adasının şərqində sahil bölgələsində yaşayan 240 sakin evakuasiya edilmiş, daha 1500 sakinə isə evlərini təcili olaraq tərk etmələri tövsiyə olunmuşdu.
Mənbə: ANS PRESS