Qadin.NET / Avropada yeni fond yaranır

Avropada yeni fond yaranır

Avropada yeni fond yaranır
Avropa Birliyi liderləri Avropada strateji investisiya fondunun yarardılmasına qərar veriblər. ANS PRESS-in məlumatına görə, fondun 386 milyard tutumu olacaq. Belə bir fondun yaradılmasında məqsəd özəl və ictimai sektorun inkişafına dəstək olmaq, infrastrukturun yenilənməsi və yeni iş yerlərinin yaradılması ilə qitədə itqisadi inkişafı sürətləndirməkdən ibarətdir.
Yeni plan 2015-ci ilin ortalarından icra olunacaq.
“Bu paket hər kəs tərəfindən razılaşdırılıb. Sammitdə xüsusilə vurğuladıq ki, qəbul olunan qərarlar tezliklə gerçəkləşdirilməlidir ki, Avropa Birliyi vətəndaşları hansı işlərin görülüdüyünü əyani şəkildə görsünlər. Bu layihə də, həmçinin, konkerkt olmalıdır” - deyə Angela Merkel qeyd edib. 
Sammitdə, eyni zamanda, Ukrayna və Krım məsələləri ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar müzakirə mövzusu olub. Avropa liderləri Ukrayna böhranı sona çatmadıqca rəsmi Moskvaya qarşı sanksiyaların ləğv olunmayacağını bildiriblər.
“Rusiyaya qarşı sanksiyalar tədbiq edən zaman bunun fayda verəcəyinə ümid edirdik. Əks halda, belə bir addım atmazdıq. Yəqin xatırlayırsız Rusiyanın Krıma müdaxiləsi necə oldu. Ona görə, bu sanksiyalar vacib idi və təsirləri də özünü göstərdi” - deyə Fransua Oland bildirib. 
Amerika Birləşmi Ştatları prezident Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini imzalayıb. Qanun layihəsi Obamanın Rusiyanın müdafiə müəssisələrinə qarşı qadağalar tədbiq etməsinə imkan verir. Lakin qanunda hələlik heç bir konkrekt qadağadan söhbət getmir.

Mənbə: ANS PRESS

19 dekabr 2014
GO BACK