Qadin.NET / Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb

Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb

"Əlbəttə ki, rublun düşməsi bizə çox ziyan vurur. Çünki aldığımız məhsulların 70-80 faizi Avropa istehsalı olduğu üçün biz də o ölkələrin valyutasını almaq məcburiyyətindəyik. Qiymətləri də bahalaşdıra bilmirik, onsuz da camaatın alıcılıq qabiliyyəti aşağıdır. Bu üzdən də bizim qazancımız ən azı iki dəfə aşağı düşüb”.
Milli.Az anspress-ə istinadən bildirir ki, Moskvada 15 ildir ticarətlə məşğul olan həmyerlimiz Azər Ağayev rus rublunun dəyər itirməsilə bağlı qarşılaşdığı çətinliklər artıq demək olar ki, Rusiyada çalışan bütün azərbaycanlıların ortaq problemidir. Qazancları getdikcə azalan və borca düşmək məcburiyətində qalan həmvətənlərimizin əksəriyyəti artıq geri qayıtmağa qərar verib.
"Neçə ildir meyvə-tərəvəz satıram. Ancaq belə bir vəziyyət indiyə kimi görməmişdim. Çünki burda qazandığımız pula Azərbaycanda heç nə düşmür. Ona görə məcburuq ki, pavilyonumuzu bağlıyıb vətənimiz Azərbaycana dönək, başqa çıxış yolu yoxdur”, deyə satıcı Oruc Nəsrullayev şikayət etdi.Moskvada Azərbaycan diasporunun fəallarından Toğrul Allahverdiliyev də Rusiyada çalışmağın artıq sərfəli olmadığını deyir.“Əvvəllər orta hesabla Azərbaycana 800-1000 dollar pul göndərən Azərbaycanlı sahibkarlar, iş adamları demek olar ki, indi 500 dollar o pul azalıb. Azərbaycana pul göndərə bilmirlər”.
Rublun dəyər itirməsi Rusiyanı ucuz işçi qüvvəsindən də məhrum edəcək. Orta Asiya ölkələrindən çörək pulu qazanmaq üçün Rusiyaya gələn miqrantların orta hesabla ayda 1000 dollar olan gəlirləri son vaxtlar 300 dollara gədər geriləyib. Elə buna görə də yaxın zamanda əmək miqrantlarının əksəriyətinin Rusiyanı könüllü surətdə tərk etməli olacaqları istisna deyil.
Mənbə: Milli.Az

 

18 dekabr 2014
GO BACK