"People" jurnalı yazır ki, Hollivud ulduzları Ancelina Coli və Bred Pittkibertəhlükəsizlik üzrə mütəxəssislər komandasına ehtiyac duyub və artıq bir neçə nəfərlə danışıqlar aparıblar. Onlar uşaqlarının internetdəki axtarışlarına nəzarət edə bilmək üçün belə bir addım atıblar.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Ancelina Coli rəqəmli dünyanı qorxunc adlandırıb."Övladlarımın rəqəmli dünyaya hazır olmasına əmin deyiləm. Bu, yeni dünya çox qorxuncdur", - aktrisa fikrini belə ifadə edib.Coli, həmçinin bildirib ki, texnoloji sferada özünü geridə qalmış hesab edir.Belə ki, o, "Facebook", "Instagram" və "Twitter"dən istifadə etmir. Dünya ulduzu sosial şəbəkələrdən istifadə etmək əvəzinə, "bloknot"da qeydlər aparmağa üstünlük verir.
Mənbə: Milli.Az