Qadin.NET / Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşır

Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşır

 

Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşmağa başlayıb

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.
O, iqtisadi rəqabətin qorunması üzrə komissiyasının sədri Artak Şabonyana tapşırıb ki, onu kütləvi istehlak mallarının qiymətlərinə dair gündəlik məlumatlarla təmin etsin.
“Dünən şəkər, un və bir sıra digər vacib məhsulların qiymətlərində ciddi bahalaşma olub. Əsassız qiymət bahalaşması yolverilməzdir”, - deyən O.Abramyan əlavə edib ki, valyuta bazarındakı dəyişikliklər ölkə iqtisadiyyatına təsir göstərib.

Mənbə: Milli.Az

 

18 dekabr 2014
GO BACK