Dünyanın ən geniş yayılmış sosial şəbəkələrindən biri olan "Facebook" insanları hansı yollarla aldadır?
ANS PRESS oxuculara bəzi "Facebook" saxtakarlıqları haqqında məlumat verəcək.
Ən geniş yayılan saxtakarlıqlardan biri "Profilinizə kim baxıb" adlı saxta funksiyadır. Bu funksiya guya şəxsin profilinə baxanları müəyyənləşdirir. Bu funksiyadan istifadə etmək istəyənlərə müəyyən bir tətbiq yükləmək təklif edilir. Yükləndiyi halda isə profil sahibinin şəxsi məlumatları toplanır.
Başqa bir aldatma üsulu isə "Facebook"a yeni funksiyalar yükləyin" adı ilə təqdim edilir. Bu saxta tətbiq "bəynməmə", profilinizin görünüşündə dəyişikliklər etmək kimi vədlər verir.
Bəzən isə "Facebook" hədiyyə qazanmağı vəd edir. Belə saxta məlumatlar adətən bayramlar ərəfəsində ortaya çıxır. Bu vədlərə aldananlardan şəxsi məlumatları vermək tələb edilir. Məlumatı verənlərə hər hansı hədiyyə kartı, tətil qazana biləcəyi bildirilir. İnsanları çaşdırmaq və tələsdirmək üçün isə "İlk yüz nəfərdən biri olun və iPad qazanın" kimi cümlələrdən istifadə edilir.
Daha bir dolandırıcılıq yolu "şok videolar"dır. Belə videolarda adətən məşhurların yeni intim videoları, dəhşətli qəzalar və ya baş qoparma kimi videoların olduğu deyilir. Əslində isə verilən linkə daxil olmaqla şəxs kompüterə zərərli viruslar yükləmiş olur.