Qadin.NET / Mülayim hava şəraiti təcili tibbi yardıma müraciət edənlərin sayına nə dərəcədə təsir edib?

Mülayim hava şəraiti təcili tibbi yardıma müraciət edənlərin sayına nə dərəcədə təsir edib?

 

Azərbaycanda ötən illərə nisbətən hazırda havaların nisbətən mülayim keçməsi fonunda Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) edilən müraciətlərin sayı orta hesabla 50-100 çağırış azalıb.
Hazırda ay ərzində stansiyaya daxil olan çağırışların sayı 1700 civarındadır. Bu barədə Trend-ə BŞTTTYS-nin baş həkiminin müavini Oqtay Şahmalıyevdeyib.
Onun sözlərinə görə, ümumiyyətlə, havaların soyuq və ya isti olması çağırışların sayına ciddi təsir etmir: “İstər qış, istərsə də yay mövsümündə çağırışların əksəriyyəti ürək-damar xəstəlikləri ilə bağlı olur. Sadəcə bəzən mövsümi xəstəliklərin sayı artır. Məsələn, yaz və yayda ilan və həşərat sancmaları, sudaboğulmalar, istivurma və günvurmalar, payızda və qışda isə dəm qazı ilə zəhərlənmələr, sürüşmələr zaman baş vermiş zədələr nisbətən artır. Lakin onlar çağırışların çoxluğunu təşkil etmir”.
O.Şahmalıyev gün ərzində dəm qazından zəhərlənmələrlə bağlı çağırışların sayını da açıqlayıb. Onun sözlərinə görə, bununla əlaqədar hazırda hər gün orta hesabla stansiyaya 4-5 müraciət daxil olur.

Mənbə: Milli.Az

 

18 dekabr 2014
GO BACK