İngiltərədə futbol qarşılaşmasında Qurani-Kərimin səhifələrini cıraraq piləklər (konfetti) düzəldib havaya atan qadın barədə məhkəmə qərarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, dini dəyərləri təhqir etməkdə və ictimai asayışı pozmaqda ittiham olunan Culiya Fillips 3 il stadionlara buraxılmayacaq.
Fillips dekabrın 7-də İngiltərə II Liqası çərçivəsində keçirilən qarşılaşmaya özü ilə Quran aparmış və məhkəmədə verdiyi ifadədə kitabı şəhərin mərkəzində paylayan şəxsdən aldığını demişdi. 51 yaşlı azarkeş həmçinin məqsədinin Quran səhifələrini cıraraq havaya atmaq olduğunu deyib.
Hadisənin baş verdiyi stadion isə Culiya Fillipsi ömürlük öz ərazisinə girməkdən məhrum edib. Həmçinin bələdiyyənin əməkdaşı olan qadın azarkeş hadisədən sonra işdən də çıxıb.
Mənbə: Milli.Az