Qadin.NET / 132 uşağı onlar öldürdülər

132 uşağı onlar öldürdülər

 

Pakistandakı "Taliban" hərəkatı ölkənin Pişəvər şəhərində yerləşən hərbi məktəbə hücum edən üzvlərindən 6 nəfərin fotolarını yayıb. Məktəbdə 142 nəfər həlak olub ki, onların 132-si şagirdlərdi.

 

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Pişəvərdəki məktəbə terror hücumu etməzdən əvvəl çəkilən fotodakı taliblərin arxasında "Allahu-əkbər!" yazılmış bayraq var.Digər fotoda isə "Taliban"ın mətbuat katibi Məhəmməd Xorasani məktəbə hücum edəcək taliblərin arasından seçilmiş "canlı bomba"larla yanaşı durub. "Canlı bomba"ların hamısı hərbi formadadır. Bu minvalla onlar məktəbin mühafizəçilərini aldadıblar və özlərini Pakistan hərbçiləri kimi qələmə veriblər.Məhəmməd Xorasani bildirib ki, məktəbə hücum əmrini "Taliban"ın komandanı Hüseyn Fəzlullah verib."Pakistanın hakimiyyət dairələrinin yürütdüyü siyasət cavabsız qalmayacaq. O məktəbdə şagirdlərin ölümlərinə yas tutanlar niyə Pakistan ordusunun qətlə yetirdiyi günahsız analara, uşaqlara, qocalara matəm saxlamırlar?! "Taliban" bəyan edir ki, Pişəvərdəki məktəbdəki hadisə qisasımızın ilk mərhələsidir. Vətəndaşlardan xahiş edirik ki, hərbi obyektlərdən kənar olsunlar. Hər hərbi obyekt hədəfimizdə olacaq", - Məhəmməd Xorasani bəyanatında bildirib.Taliblərin "Mövlana" dedikləri Hüseyn Fəzlullah maniakal şəxs sayılır.
Mənbə: Milli.Az
18 dekabr 2014
GO BACK