Qadin.NET / Bakının yaşıl zəhəri

Bakının yaşıl zəhəri

 

Bakının yaşıl zəhəri

Yeni İlin gəlişi paytaxt sakinlərində indidən xoş həyəcan yaradıb. Artıq evlərdə yolkalar qurulur və üzəri xüsusi bəzək əşyaları ilə bəzədilir. Ancaq təəssüf ki, şəhər mağazalarında təbii şam ağacları deyil, plastik yolkalar satılır. 
Paxtaxtın bir neçə mağazasında müşahidə aparsaq da təbii şam ağacından yolkalara rast gəlmədik. Satıcılar təbii ağacların baha başa gəldiyini və tələbatın az olduğunu deyirlər. Bir gün ərzində təxminən 13-14 yolka satdıqlarını deyən satıcılar vəziyyətədən razı görünürlər. Sakinlər isə çərəsizlikdən plastik və al-əlvan yanan ucuz yolkaları almağa məcbur qalırlar. 
Əsasən Çin istehsalı olan bu yolkalar Yeni İl ərəfəsində evimizin ayrılmaz hissəsinə çevrilir. Qiyməti xeyli ucuz olan yolkaların keyfiyyəti isə təbii ki, qaneedici deyil. Əvvəllər il dəyişərkən şam ağacı kəsilir və evdə qurulurdu. Ağacın evə yayılan xoş qoxusundan Yeni İlin ab-havasını duymaq olurdu. Ancaq indiki, kimyəvi maddələrdən hazırlanan və mağazalarda 25-30 manata satılan yolkalar zəhər mənbəyidir. Bəzi mütəxəssislər yolkanı Kanada kimi şam ağacı ixrac edən ölkələrdən alınmasını təklif edir. 
Artıq Rusiya anoloji addımı atıb və Kanadadan yolka sifarişi verib. Ancaq Kanadan Azərbaycana şam ağacı sifariş vermək yol və digər xərcləri nəzərə alarsaq elə də səmərəli sayılmır. Əksər mütəxəssislər isə ölkə daxilində şam ağaclarının yetişdirilməsini təklif edirlər. Azərbaycan təbii iqlimi və coğrafi mövqeyinə görə, şam ağacının yetişdirilməsi üçün əlverişlidir. Elə də ciddi xərc tələb etməyən şam ağaclarına xüsusi qulluq da tələb olunmur. 
Yeni İl ərəfəsinə qədər böyüdülən ağacların daha sonra bazarda münasib qiymətə satılması həm sahibkarın həm də əhalinin marağına uyğun gələr. Bu sadə yolla sahibkar yaxşı pul qazanar, sakinlər isə uzun illərdən sonra evlərində təbii şam ağacı qura bilərlər. Necə deyərlər, alanda razı qalar, satan da.

 

Mənbə: ANS PRESS

18 dekabr 2014
GO BACK