Qadin.NET / Azərbaycanda çörək bahalaşır?

Azərbaycanda çörək bahalaşır?

 

 

Bu il ölkədə çörəyin qiymətində artım olmayacaq.İl dəyişən zaman bəzən müxtəlif məhsulların qiymətində artım müşahidə edilir. İndidən bəziləri çörəyin qiymətilə bağlı narahatlıq hissi keçirirlər.Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli HacıyevANS-ə açıqlamasında bildirib ki, hazırda insanlarda psixoloji bir düşüncə tərzi var - Yeni il gəlirsə, qiymətlərdə dəyişikliklər olacaq: 
“Artıq bəzi saytlarda oxuyuram ki, qiymətlər qalxacaq. Məhz hər il olduğu kimi biz belə ajiotajla qarşılaşırıq: Çörəyin qiymətində artım müşahidə olcaq. Hal-hazırda bununla bağlı bizə çoxsaylı müraciətlər olur. Xatırladım ki, bu il respublika üzrə 2,2 milyon ton taxıl istehsal olunub ki, onun da 1,4 milyon tonunu ərzaq buğdası təşkil edir. Respublikada istənilən qədər taxıl ehtiyatı var və çörəyin qiymətinin artması gözlənilmir, buna da lüzum yoxdur”.

Mənbə: Milli.Az

18 dekabr 2014
GO BACK