Okeanda su səviyyəsi proqnozlaşdırıldığından daha sürətli qalxır.
ANS PRESS-in məlumatına görə, bu fakt Qrenlandiya buzlaqları ilə bağlı aparılan iki ayrı tədqiqat nəticəsində ortaya çıxıb. Geniş buzlaqlarda baş verən dəyişiklikləri izləyən NASA-nın təqdim etdiyi göstəricilər əsasında, alimlər buzlaqların necə əriyib dənizə daxil olduğunun ən təfsilatlı görüntüsünü ərsəyə gətirib.
Bu eyni zamanda suyun buzlaqların dibinə necə yığıldığını daha yaxşı anlamağa imkan verir. Hazırkı Qrenlandiya buzlarının ərimə modelləri əsasında, təqdiqatçılar bütün Qrenlandiya buzlağının necə okean suyuna çevriləcəyini proqnozlaşdırıb.Yeni tədqiqatlarda alimlərin yanaşması çox sadədir Alimlərin hesablamalarına görə, Qrenlandiya buzlağı bütövlükdə ərisə, dünyada dəniz səviyyəsi 7 metrdən çox qalxacaq, dünyanın sahilyanı şəhər kəndləri su altında qalacaq.
Tədqiqatçılar daha yüksək dəqiqlikli modellər hazırlamaq üçün Qrenlandiyada olan bütün 242 buzlağı həmçinin, buzlaqların altına yığılan suları tədqiq etməyi planlaşdırır.