Qadin.NET / Bu ölkədə "Ebola"nı qapı-qapı axtarırlar

Bu ölkədə "Ebola"nı qapı-qapı axtarırlar

 

Bu ölkədə "Ebola"nı qapı-qapı axtarırlar

Syerra Leonedə hökümət Ebola virusunun yayılmasına qarşı misli görülməmiş ölçülərə əl atıb.
ANS PRESS-in məlumatına görə, mediklər bu virusa yoluxmuş vətəndaşları aşkarlamaq üçün polisin müşayəti ilə evləri qapı-qapı gəzir. Xəstələrin sonradan müalicə mərkəzlərinə yollanacağı bildirilir.
Həmçinin ölkədə səyahətə məhdudiyyətlər qoyulub. Milad və yeni il bayramlarında insanların kütləvi şəkildə küçələrdə gəzişməsinə qadağa qoyulub. Həmin vaxt daha çox insanın bir araya gəldiyi iaşə obyektləri o cümlədən kafe, bar, gecə klubları bağlanacaq. Bu ölçülərin icrasına hərbi patrul nəzarət edəcək. 
Bu arada BMT beynəlxalq ictimaiyyəti bu ölümcül epidemiyadan ən çox əziyyət çəkən ölkələrin xarici borclarının bir hissəsini silməyə çağırıb. Söhbət Qvineya, Liveriya və Syerra Leonedən gedir. Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə, Afrikanın qərbində Ebola virusuna 184 mindən çox insan yoluxub, onlardan 6841 nəfəri dünyasını dəyişib. 

Mənbə: ANS PRESS

 

18 dekabr 2014
GO BACK