Qadin.NET / Bu xəstələrə şad xəbər

Bu xəstələrə şad xəbər

 

Bu xəstələrə şad xəbər

Nəzakət artıq 14 ildir ki, ağır böyrək xəstəliyinə tutulub və hemoodiliz alır. Bu azmış kimi son zamanlar yaşlı, cavan demədən geniş yayılan infeksion xəstəlik, Hepatit C-yə də yoluxub. Müayinə ediləndə isə məlum olub ki, təhlükəli virus onun zəif bədənini tamamilə sıradan çıxarıb. Bu səbəbdən də ona heç böyrək də köçürmək olmur. Qollarındakı damarlar isə artıq quruyub və funksyasını itirib. 
Bu gün tək ölkəmizdə deyil, bütün dünyada Nəzakət kimi hepotitlə ölüm-dirim savaşına çıxanlar var. Aparılan araşdırmalara görə, hepatit virusları hər il dünyada 1,4 milyon insanın ölümünə, kəskin və xroniki qaraciyər xəstəliklərinin inkişafına səbəb olur. Hal-hazırda dünya üzrə 30 mindən çox adam Hepatit B, C və digər virusların daşıyıcısıdır. Azərbaycanda da son zamanlar bu xəstəlik sürətlə yayılır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzidə ötən illərlə müqayisədə hepatit C və B virus daşıyıcılarının sayında artım olduğunu bildirir. Amma bu şəxslərin dəqiq statistikası hələ də yoxdur. Hepatit viruslarının müalicəsi kifayət qədər bahalı dərmanlar və prosedurlar tələb etdiyi üçün yoluxanların bir çoxu müalicə olunmaqda çətinlik çəkirlər. Bunu nəzərə alan hökumət isə yeni layihəyə start verib. Səhiyyə Nazirliyinin tərkibində xüsusi komissiya yaradılıb.
Komissiya üzvü Ziyafət Tağıyeva deyir ki, hepatitə yoluxmuş bütün ağır xəstələrin hamısı bu kommisiyaya müraciət edir və xəstəliyi təsdiq olunanlar isə pulsuz müalicə olunurlar.
Hepatitə yoluxma üsulları müxtəlifdir. Virus qan köçürmə yolu ilə orqanizmə keçə bilər. Narkotik maddələr və iynə qəbul edənlərin bu xəstəliyə yoluxma riski böyükdür. Virus cinsi yolla da yayıla bilər. Həkimlər bu virusun insanlarda əzginlik, iştahasızlıq, yorğunluq, başağrısı yaratdığını və hərdən dəridə səbəbsiz yerə qaşınma ilə müşahidə olunduğunu deyir. Bu cür əlamətlər nəzərə çarpan kimi həkimə müraciət etmək lazımdır. Çünki xəstəliyin müalicəsi gecikərsə, onun müalicəsi də bir o qədər çətin olur.
Hepatit C və B virusu cərrahi əməliyyatlar, stomatoloji, ginekoloji və kosmetoloji prosedurlar zamanı sterilizə qaydaları pozulduqda keçə bilir. Burada insanların səhlənkarlığını da nəzərə almaq lazımdır. Hətta bu virusun daşıyıcı olmasanız belə, virus əleyhinə vaksinasiya etməklə özünüzü gələcək təhlükədən qoruya bilərsiniz. 

Mənbə: ANS PRESS

 

18 dekabr 2014
GO BACK