Qadin.NET / Yeni il bayramını qeyd etmək olarmı?

Yeni il bayramını qeyd etmək olarmı?

 

Bu il dekabrın 31-i İmam Həsən Əsgərinin (ə) şəhadət gününə təsadüf edir. Həmin gün Yeni il bayramını qeyd etmək olarmı? 
Milli.Az islam.az-a istinadən bildirir ki, Yeni il bayramı islami mahiyyət daşımasa da, həmin günü təqvimin dəyişməsi və yeni miladi ilin başlanması kimi qeyd etmək günah deyil. Əlbəttə, bu zaman haramlardan və arzuolunmaz hallardan uzaq durmaq vacibdir (məsələn, içki içmək, israfa yol vermək, səsli fişənglərlə camaatın rahatlığını pozmaq və s.) 
Lakin əgər Yeni il bayramı İslam müqəddəslərindən hər hansı birinin vəfat günü ilə üst-üstə düşərsə, bu halda həmin müqəddəs şəxsin ehtiramını qorumaq və həmin günü təntənəsiz, şənliksiz yaşamaq lazımdır. Ən uzağı, növbəti gün yeni ilin başlanğıcını qeyd etmək olar.
Mənbə: MilliAz

 

18 dekabr 2014
GO BACK