
Milli.Az Regional Tv-yə istinadən bildirir ki, hazırda bir çox ailələr ev heyvanları saxlamağa üstünlük verir. Bunların arasında pişiklərə daha çox rast gəlinir.
Ailələrdə bəslənilən pişiklər xüsusilə balacaların canlı oyuncağına çevrilir. Uşaqlar heyvanlara olan sevgisini göstərmək üçün onlarla yaxın təmasda olur: sığallayır, öpürlər. Amma bəzən bunun uşaqların sağlamlığı üçün zərərli olduğu deyilir. 20 ildən çoxdur ki, evində pişik bəsləyən Elxarə Tağıyeva isə deyir ki, gigiyenik cəhətdən təmiz saxlanılan ev heyvanlarında uşaqların sağlamlığına zərər vuracaq hər hansı təhlükə yoxdur.
Mütəxəssislər isə bildirirlər ki, 1-5 yaşlı uşaqlarda pişiklərdən mikrobların yoluxması halı daha realdır. Bu səbəbdən də bu yaşda uşaqların pişiklə təmasda olmamasına xüsusi diqqət yetirmək lazımdır. Pişiklərdən insanlara yoluxan ən təhlükəli xəstəlik toksoplazmadır ki, xüsusilə hamilə qadınlarda körpənin inkişafına birbaşa təsir edir.