Qadin.NET / Hansı dillər daha vacibdir?

Hansı dillər daha vacibdir?

 

Alimlər dünyada insanların çoxunun ünsiyyəti üçün istifadə olunan beynəlxalq dillərin qlobal əhəmiyyətini yeni üsulla qiymətləndirməyi təklif ediblər. 

Tədqiqatçılar planetin əsas dillərinin bir-biri ilə əlaqə xəritəsini yaradaraq müəyyən ediblər ki, çin və ərəb dillərində çoxlu insanın danışmasına baxmayaraq bu dillər təsirinə görə həm ingilis, həm də bir sıra Avropa dillərindən geri qalır. Yeni araşdırma Proceedings of the National Academy of Sciences jurnalında dərc edilib. 
Milli.Az ICTnevs-a istinadən bildirir ki, dünya dilləri arasında əlaqəni alimlər üç əsas məlumat tipi əsasında müəyyənləşdiriblər. Bu, 1979-2011-ci illərdə YUNESKO-nun Index Translation-un məlumat bazasında qeydə alınan tərcümə edilmiş 2,2 milyon kitab, Wikipedia internet ensiklopediyasının bir neçə dildə məqalələrin yazılmasında iştirak edən redaktorlar (382 milyon məqalə üzərində çalışan 2,5 milyon redaktor sayılıb) və 2011-ci ilin dekabrından 2012-ci ilin fevralınadək Twitter sosial şəbəkəsində dərc edilən şərhlər (əlaqə bir Twitter akkauntunda iki və daha çox dilin olması üzrə izlənilib) haqqında olan məlumatlardır. 
Müəyyən edilib ki, dillərin qlobal təsir xəritəsi iyerarxik struktura malikdir. Belə ki, ünsiyyətin əsas vasitəsi – ingilis dili ikinci dərəcəli alman, fransız, ispan, rus və portuqal dilləri ilə əhatə olunub. Halbuki ərəb, çin və hindi daha əhəmiyyətli beynəlxalq dillər hesab edilir. Çünki bu dillərdə, məsələn, alman və ya rus dillərində danışan insanlardan daha çox insan danışır. 
Çox güman ki, bu, dillərin izolyasiya edilməsi ilə əlaqədardır: çin dilindən ərəbcəyə çox az kitab və məqalə tərcümə olunduğu halda ingilis, rus, ispan dilləri tarixi səbəblərə görə planetin yüzlərlə kiçik dilləri üçün vasitəçi dil olaraq qalır.  
Tədqiqat müəllifləri qeyd edirlər ki, müəyyən olunan struktur həm mühafizəkar mədəni sahədə (tərcümə edilmiş kitablar), həm də yeni mediada (Twitter və Wikipedia) qüvvədədir. Alimlər uzunmüddətli monitorinqin aparılmasını vacib sayırlar. Bu üsulla ingilis dilinin qlobal əhəmiyyətinin güclənməsini və Çin və Hindistanda iqtisadi artımın onların dillərinə nə dərəcədə mədəni təsir göstərməsini öyrənmək mümkün olacaq.
Mənbə: MilliAz

 

17 dekabr 2014
GO BACK