Qadin.NET / ABŞ və Kuba arasındakı düşmənçiliyə son qoyulur

ABŞ və Kuba arasındakı düşmənçiliyə son qoyulur

ABŞ və Kuba arasındakı düşmənçiliyə son qoyulur
ABŞ Kuba ilə əlaqələrin normallaşdığını elan edib. ANS PRESS-in məlumatına görə, hətta yaxın aylarda Havanada ABŞ səfirliyinin açılması məsələsi müzakirə masasındadır.
Əlaqələrin normallaşması barədə danışıqlara Kuba hakimiyyətinin amerikalı Allan Kross və Amerika kəşfiyyatına informasiya verdiyi üçün məhkum edilən digərinin azad olunması səbəb olub. Buna cavab olaraq ABŞ 3 Kuba agentini ölkəsinə qaytarıb.
Xəbərlərə görə, Kuba daha 53 siyasi dustağı azad edəcək. Onların arasında da amerikalı kəşfiyyatçıların olması gözlənilir. 
Bu məlumatı artıq Kuba prezidenti Raul Kastro da təsdiqləyib. Raul Kastro bildirib ki, dustaqların dəyişilməsi iki ölkə arasında əlaqələrin tarixi sıçrayışına səbəb olub:
“Biz demək olar ki, yarım əsrdir ki, kəsilən diplomatik əlaqələrin bərpa olunması ilə bağlı razılığa gəlmişik”.
Buna baxmayaraq Kastro ABŞ-ın qoyduğu embarqo mübahisəsinin hələ də qaldığını deyir.
Lakin ABŞ prezidentinin bu günkü çıxışı da bu problemin də aradan qalxacağına ümid verir. 
Barak Obama Konqresi Kubaya qoyulan embarqonu ləğv etməyə çağırıb. Bundan əlavə o, baş katib Kerriyə Kubanın terroru dəstəkləməsi faktlarına yenidən baxılmasını tapşırıb.
Obama əlaqələrin inkişafına səbəb olan Alan Krossun azad edilməsindən də danışıb. O Krossu “Kubada işləyən ABŞ-ın ən yaxşı agentlərindən biri” olduğunu qeyd edib və bildirib ki, məhz Krossun səyləri nəticəsində Vaşinqton ölkədə fəaliyyət göstərən xarici agentləri üzə çıxarıb.
Qeyd edək ki, Allan Kros 2011-ci ildə Kuba məhkəməsi tərəfindən casusluqda ittiham olunaraq 15 il azadlıqdan məhkum edilmişdi.

Mənbə: ANS PRESS

17 dekabr 2014
GO BACK