Qadin.NET / Bütün dünyanın gözlədiyi avtomobillər satışa çıxarıldı

Bütün dünyanın gözlədiyi avtomobillər satışa çıxarıldı

Bütün dünyanın gözlədiyi avtomobillər satışa çıxarıldı
Yeni texnologiyalı hidrogen və elektrik mühərrikli avtomobillər bir neçə ilə dünyanı dəyişə bilər.Yapon dilindən tərcümədə “Gələcək artıq indidən” mənasını verən hidrogen mühərrikli avtomobillərin ilk seriyalı modeli yalnız hidrogenlə işləyir və havaya su buxarından başqa heç bir zərərli maddə buraxmır. O, müasir benzin mühərrikindən iki dəfə effektiv olsa da, həddindən artıq bahalıdır. Hazırda belə avtomobilin qiyməti təxminən 61 min dollara yaxındır.
Alternativ texnologiya sisteminin əsas bəlası da elə qiymətlərin baha olmasıdır. Yaponiya hökuməti innovasiyalar xətrinə daxili bazardakı alıcılara subsidiya ayıracağını vəd edib.
Artıq innovativ avtomobillərin satışına başlanılıb. İndi alıcıları düşündürən əsas sual qiymətlərin nə zaman ucuzlaşacağıdır. Axı kompüterlər də bir zaman tonlarla ağırlıqda idi və milyonlara dollara satılırdı.

Mənbə: ANS PRESS

17 dekabr 2014
GO BACK