Avropa Liqasında hakim ədalətsizliyi ilə üzləşib mübarizəni dayandıran "Qarabağ" klubunun üzvləri prezident İlham Əliyev tərəfindən qəbul olunub.ANS PRESS-in məlumatına görə, görüşdə dövlət başçısına "Qarabağ"ın 10 nömrəli forması, eləcə də üzərində futbolçuların avtoqrafı olan top hədiyyə olunub. "Qarabağ" adından klubun xatirə hədiyyələrini İlham Əliyevə klubun vitse-prezidenti Tahir Gözəl təqdim edib. Qeyd edək ki, dövlət başçısının bu gün verdiyi sərəncamla Avropa Liqasında ölkəmizi layiqincə təmsil edən "Qarabağ" klubuna bir milyon manat ayrılıb.
Mənbə: ANS PRESS