Qadin.NET / "Qarabağ"a 1 milyon ayrıldı

"Qarabağ"a 1 milyon ayrıldı

 

"Qarabağ"a 1 milyon ayrıldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam verib. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərar verib. Sərəncamd qeyd edilib ki, “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Qeyd eədk ki, bu gün dövlət başçısı "Qarabağ"ın heyətini də qəbul edib.

 

Mənbə: ANS PRESS

17 dekabr 2014
GO BACK