Qadin.NET / İlham Əliyevdən başsağlığı

İlham Əliyevdən başsağlığı

İlham Əliyevdən başsağlığı
Azərbaycan prezidenti İlham Əliyev ötən gün Pakistanda baş vermiş dəhşətli terror aktı ilə bağlı olaraq pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib. ANS PRESS-in məlumatına görə, dövlət başçısı Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldığını qeyd edib. 
"Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Mənbə: ANS PRESS

17 dekabr 2014
GO BACK