Qadin.NET / Hava müjdəsi

Hava müjdəsi

 

Hava müjdəsi

Sabah əsən cənub-qərb küləyi arabir güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.
Hava əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək. Temperatur gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.
Rayonlarda da əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında çiskinli yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Mənbə: ANS PRESS

17 dekabr 2014
GO BACK