Azərbaycan Tanınmış şoumen Bəhram Bağırzadə “Merə məktublar” kitabının təqdimatını edib.Milli.Az anspress-ə istinadən bildirir ki, təqdimat dekabrın 16-da Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyində bəstəkarın xatirəsinə həsr olunmuş tədbir zamanı baş verib.Kitabın müəllifi Bəhram Bağırzadə deyib: ""Əbədi bakılı" kimi mən bir il ərzində paytaxtımızın merinə açıq məktublar yazmışam. Amma qeyd edim ki, kitabın adı rəmzi xarakter daşıyır. Məsələn, mən şəhərimizin inkişafına canını qoymuş, onun təkrarolunmaz aurasını yaratmış, Azərbaycan paytaxtının simvollarına çevrilmiş insanlara Bakıda abidələr ucaltmağı təklif edirəm. O insanlardan biri də Vaqif Mustafazadədir".
Qeyd edək ki, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunub.
Mənbə: Milli.Az