Qadin.NET / Azərbaycan İslam dünyasına nümunədir

Azərbaycan İslam dünyasına nümunədir

 

Azərbaycan İslam dünyasına nümunədir

Azərbaycan İslam dünyasında bir nümunə kimi təqdim olunur.Bu sözləri Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda keçirilmiş konfransın iştirakçısı, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev bildirib ki, Milli Məclis tərəfindən Romada belə bir konfransın təşkili Azərbaycanda multikulturalizmə dövlət səviyyəsində göstərilən diqqətin nümunəsidir. 
“Düşünürəm ki, bu konfrans Azərbaycanın təbliği baxımından önəmlidir. Yüksək tolerantlıq mühitinin müşahidə olunduğu ölkəmizdə müxtəlif dinlərin nümayəndələri sülh şəraitində birgə yaşayır və biri-birlərinə hörmətlə yanaşırlar. Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar öz dini dəyərlərini heç bir təzyiq və müdaxilə olmadan rahat şəkildə təbliğ edə bilirlər”.
Dünyada dini ekstremizmin geniş vüsət aldığını deyən Milli Məclisin deputatı ölkəmizdə bu halların qarşısının alınması istiqamətində ciddi işlərin görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu cür problemlərin aradan qaldırılmasının başlıca yolu maariflənməkdir. Bu vasitə ilə ölkəmizdə ekstremizmi təbliğ edən ideologiyanın yayılmasının qarşısını almaq mümkündür.

 

Mənbə: ANS PRESS

17 dekabr 2014
GO BACK